Bakı. Trend:
Bu gün Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ savaşının başlanmasının ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Görüşdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin öz əzizlərini itirmiş şəhid ailələri - müəssisənin işçiləri iştirak edirdi.
Tədbir Qarabağ savaşında canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. Sonra Birliyin direktoru Bağban Nəbiyev çıxış edərək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi hadisə adlandırdı.
“Bu gün biz hər birimiz 3000-ə yaxın şəhid versək çox qürurluyuq. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali baş komandanın savaş çağırışına qoşuldunuz. Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün, hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur duyuruq” deyə Bağban Nəbiyev əlavə etdi.
Sonra çıxış edənlər bir il bundan qabaq xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqların azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu-xalq vəhdətindən, həmin şərəfi günlərdə istər hərbiçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışdılar. O da vurğulandı ki, həmin günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstək göstərdi.
Tədbirdə o da vurğulandı ki, qələbəmizdən təxminən 10 aya yaxın bir vaxt ötsə də artıq Azərbaycan azad etdikləri torpaqlarımızda böyük abadlaşdırma və tikinti, bərpa işləri həyata keçirir. Az bir müddətdə demək olan bütün azad olunmuş şəhər və rayonlarda, o cümlədən də kəndlərdəimfrastruktur yenidən qurulur, yollar çəkilir, işıq, su təchizatı yenilənir. Bu templə davam edən quruculuq işləri onu göstərir ki, yaxın vaxtlarda Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ da ılkəmizin digər regionları kimi çiçəklənəcək, inkişaf edəcək.
Yığıncaqda çıxış edən Qarabağ müharibə iştirakçıları qeyd etdilər ki, bu acı məğlubiyyətdən nəticə çıxarmayan bəzi revanşist ermənilər yenidən müharibə ismarıcları ilə vəziyyəti gərginləşdirməyə çalışıırlar. Unutmasınlar ki, Ali Baş Komandanımızın dediyi kimi “DƏMİR YUMRUQ ” yerindədir və əgər yenə cənab prezident çağırış edərsə hər birimiz həmin yumruğun ətrafında birləşərək düşməni yerində oturtmaq üçün savaşa hazırıq.
Tədbirin sonunda Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Qarabağ müharibələrində iştirak etmiş işçilərlə bağlı informasiya lövhəsinin hazırlanması qərar alındı.