...

DYP sürücülərə müraciət etdi

Gündəm Materials 27 Sentyabr 2021 16:03 (UTC +04:00)
DYP sürücülərə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

Trend xəbər verir ki, bu barədə İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hazırda vətəndaşların II Şəhidlər xiyabanına axını davam edir: “Polis əməkdaşları həmin ərazilərdə yolları tənzimləyir. Lakin buna baxmayaraq, sıxlıq çoxdur. Xahiş edirik ki, şəxsi nəqliyyat vasitələrindən istifadə edən şəxslər bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və istiqaməti dəyişsinlər. II Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxslər həmin əraziyə yaxın yerlərdə nəqliyyat vasitələrini saxlamaqla piyada hərəkət etsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti