...

“Qəhrəman müəllimlərimizlə qürur duyuruq” adlı tədbir keçirilib (FOTO)

Gündəm Materials 5 Oktyabr 2021 20:33 (UTC +04:00)
“Qəhrəman müəllimlərimizlə qürur duyuruq” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

05.10.2021-ci il tarixdə Tovuz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, “ASAN xidmət”in birgə təşkilatçılığı ilə “ASAN ” Hərbi Vətənpərvərlik Mərkəzində 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Qəhrəman müəllimlərimizlə qürur duyuruq” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən natiqlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev, Tovuz rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə Bayramova, Tovuz regional ASAN xidmət mərkəzinin direktoru Güntək Məmmədov, Təhsil şöbəsinin müduri Elmira Mürşüdlü və digərləri 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən və bu zəfərdə pay sahibi olan müəllimlərin əməyindən söz açıb.

Tovuzlu təhsil işçilərinin ön cəbhədə mərdliklə döyüşdüyünü və yüksək əzmkarlıq göstərdiyi vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqla ordunun vəhdət təşkil etdiyi döyüşlər zamanı istər ön istərsədə arxa cəbdəhə çalışan müəllimlər fəallığı ilə seçilmişdir. Vətən müharibəsinin iştirakçısı olan təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya minnətdarlqıları iadə ediblər.

Tədbirin sonunda gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti