...

Dövlət Komitəsi 16 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

Gündəm Materials 15 Oktyabr 2021 11:58 (UTC +04:00)
Dövlət Komitəsi 16 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

Bakı. Humay Ağacanova - Trend:

Ötən gün Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə Trend-ə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə dərhal əlaqə saxlanılıb:

"Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti