...

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

Gündəm Materials 27 Oktyabr 2021 15:10 (UTC +04:00)
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov - Trend:

Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə koronavirusinfo.az saytında qeyd edilib.

Məlumata görə, paytaxt üzrə yoluxmanın 14,6 faizi Binəqədinin, 13,5 faizi isə Xətai rayonunun payına düşür.

Sabunçuda yoluxma səviyyəsi 11,8 faiz, Yasamalda 11,7 faiz, Suraxanıda 8,4 faiz, Nərimanovda 7,8 faiz, Nəsimidə 7,6 faiz, Xəzərdə 7,6 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti