...

Masallıda qaydaları pozan sürücü və piyadalara qarşı reyd keçirilib

Gündəm Materials 4 Noyabr 2021 16:02 (UTC +04:00)
Masallıda qaydaları pozan sürücü və piyadalara qarşı reyd keçirilib

Bakı. Samir Əli - Trend:

Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahat işləri aparılıb və hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb. Yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə bu kimi tədbirlər bundan sonra davam etdiriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti