...

Qlazqoda BMT-nin iqlim sammiti fonunda eko-fəallar yüzminlik aksiya keçirib

Gündəm Materials 7 Noyabr 2021 03:27 (UTC +04:00)
Qlazqoda BMT-nin iqlim sammiti fonunda eko-fəallar yüzminlik aksiya keçirib

Bakı. Trend:

Qlazqoda minlərlə insan iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlər tələbi ilə yürüş keçirib.

Trend xəbər verir ki, tədbirin təşkilatçıları nümayişdə iştirak edənlərin sayını 100 min nəfər olduğunu deyirlər. Bildirilir ki, bu etiraz aksiyası BMT-nin COP26 iqlim sammiti zamanı ən böyük etiraz aksiyasıdır.

Qlazqoda keçirilən yürüşdə isveçli eko-fəal Qreta Tunberq də iştirak edib, lakin o, mitinqdə çıxış etməyib.

Şənbə günü Keniya, Türkiyə, Fransa, Braziliya, Avstraliya və Kanada da daxil olmaqla 100-ə yaxın ölkədə, həmçinin Böyük Britaniyanın digər şəhərlərində ətraf mühitlə bağlı etirazlar keçirilib.

Qeyd edək ki, COP26 İqlim Dəyişikliyi Konfransı oktyabrın 31-də start götürüb və noyabrın 12-dək davam edəcək. Tədbirdə 200-ə yaxın ölkənin nümayəndəsi iştirak edir.

Sammit iştirakçıları meşələrin qırılmasını məhdudlaşdırmağı, kömürdən imtina etməyi, xarici qalıq yanacaq layihələrini maliyyələşdirməyi dayandırmağı və metan emissiyalarını azaltmağı vəd edirlər, lakin bu, qlobal istiləşməni məhdudlaşdırmaq üçün kifayət deyil. Alimlər 1,5 dərəcədən çox istiləşmə nəticəsində ekstremal hava hadisələrinin daha da artacağını və güclənəcəyini proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti