...

Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 9 Dekabr 2021 12:54 (UTC +04:00)
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti