...

Azərbaycanda aliment tələbinə dair icra sənədlərinin sayı ilbəil artır - Nazirlik

Gündəm Materials 16 Dekabr 2021 15:45 (UTC +04:00)
Azərbaycanda aliment tələbinə dair icra sənədlərinin sayı ilbəil artır - Nazirlik

Bakı. Samir Əli - Trend:

İcra xidmətində kifayət qədər çox olan icra sənədlərinin əksəriyyətini aliment tələbinə dair icra sənədləri təşkil edir. Əgər icra xidmətində 7 yüz mindən çox icra sənədləri varsa, bunun 100 mindən çoxu aliment tələbinə dair sənədlərdir və bunların sayı ilbəil artmaqdadır.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin analitik -nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova deyib.

Onun sözlərinə görə, aliment işlərində uşaqların sayı, yəni xeyrinə aliment ödənilən uşaqların sayı 160 mindən çoxdur.

“2009 -cu ilin statistikasına nəzər salsaq, görərik ki, 25 mindən çox aliment tələbinə dair icra sənədləri var idisə, artıq son 12 ildə bu rəqəm 4 dəfəyə qədər artıb”, - deyə K.Əhmədova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti