...

Aliment verməli olan şəxs xaricdədirsə, aliment alan şəxs nə etməlidir?

Gündəm Materials 16 Dekabr 2021 16:13 (UTC +04:00)
Aliment verməli olan şəxs xaricdədirsə, aliment alan şəxs nə etməlidir?

Bakı. Samir Əli - Trend:

Bəzi borcluların xaricdə yaşaması aliment işlərinin icrasında çətinliklər yaradır.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova deyib.

O qeyd edib ki, bəzən icra sənədləri icraya gəlmədən əvvəl borclular xarici ölkədə yaşayırlar.

“Sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda həmin borcluların axtarışları ilə bağlı icra məmurunun qərarı ilə tədbirlər görülür. Təbii ki, ölkə ərazisində polis orqanları tərəfindən axtarışlar aparılır. Bu axtarış nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur. Tələbkarlar da bilməlidir ki, xarici dövlətdə yalnız cinayət işləri ilə əlaqədar saxlanılma və təhvil verilmə həyata keçirilir”, - idarə rəsmisi bildirib.

K.Əhmədova mülki işlərlə əlaqədar borcluların saxlanılması və təhvil verilməsinin həyata keçirilmədiyini qeyd edib.

“Dövlətlərarası axtarışa verilsə belə, yalnız həmin dövlətlərin polis orqanları tərəfindən bu şəxslərin yerinin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir və bizə məlumat verilir. Biz də tələbkara deyirik ki, həmin dövlətin məhkəmələrinə müraciət etsin. Təbii ki, məhkəməyə müraciətdən sonra beynəlxalq əməkdaşlıq vasitəsilə həmin ölkənin ərazisində qərarın icra olunması ilə bağlı tələb verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti