...

Metropoliten əməkdaşı metroda öldü

Gündəm Materials 22 Dekabr 2021 10:30 (UTC +04:00)
Metropoliten əməkdaşı metroda öldü

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki metroda dünyasını dəyişib.

Qurumdan Trend-ə verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib.

"Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib,"- deyə məlumatda qeyd olunub.

"Bakı Metropoliteni" QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti