...

Erməni atəşindən yaralanan "Bakcell" əməkdaşının vəziyyəti açıqlanıb

Gündəm Materials 30 Dekabr 2021 12:17 (UTC +04:00)
Erməni atəşindən yaralanan "Bakcell" əməkdaşının vəziyyəti açıqlanıb

Bakı. Trend:

"Bakcell" erməni atəşindən yaralanan əməkdaşının vəziyyətini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumatda deyilir:

"Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur", - məlumatda qeyd edilir.

Bildirilir ki, hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır:

"Əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub" - şirkətin açıqlamasında əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti