...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm 16 Yanvar 2022 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 714 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 757 277 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti