...

"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev

Gündəm 20 Yanvar 2022 11:02 (UTC +04:00)
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev

Bakı. Samir Əli - Trend:

"Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır. Heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz və bu, yolverilməzdir, qanunla qəti qadağandır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Tərtər hadisələri olub, onun istintaqı təzələnib və qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək həqiqətin tam üzə çıxarılması, bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.

Peşəkarlar bilirlər ki, istintaq belə qısa müddət ərzində və tələskənliklə aparıla bilməz. Bütün hallar, bütün faktlar çox diqqətlə yoxlanılmalıdır, digər sübutlarla müqayisə edilməlidir. Təəssüflər olsun ki, bəzi şəxslər bu mövzudan istifadə etməyə cəhd edir, istintaqın gedişinə təsir etməyə çalışırlar. Bu da yolverilməzdir və mümkün də deyil. İstintaqın gedişatı barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq", - Baş prokuror deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti