Bakı. Trend:
ABŞ-ın altı aydan dörd yaşa qədər uşaqlar üçün Pfizer və BioNTech COVID-19 peyvəndinin tətbiqi ilə bağlı qərar azı iki ay müddətinə təxirə salınıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Qida və Dərman vasitələri Agentliyi (FDA) bu qərarı əlavə məlumatlara və tədqiqatlara ehtiyac olduğuyla əlaqələndirib.
"Bu, Agentliyə əlavə məlumatları nəzərdən keçirmək üçün vaxt verəcək", - deyə qurumdan bildirilib.
Agentlik peyvəndlə bağlı qərarını gələn həftə verməyi, hökumət qərarın tətbiqinə fevralın 21-dən başlamağı planlaşdırırdı.