Bakı. Samir Əli - Trend:
Müdafiə Nazirliyinin keçmiş idarə rəisi saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, nazirliyin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.
İdarə rəisi M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Bununla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və o məsuliyyətə cəlb edilib.