...

Snayperlərin hazırlıq kursu keçirilir (VİDEO)

Gündəm Materials 25 Fevral 2022 09:51 (UTC +04:00)
Snayperlərin hazırlıq kursu keçirilir (VİDEO)

Bakı. Trend:

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.

Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti