...

Ukraynadan təxliyə edilən azərbaycanlı sürücülərin sayı 19-a çatıb

Gündəm Materials 2 Mart 2022 16:54 (UTC +04:00)
Ukraynadan təxliyə edilən azərbaycanlı sürücülərin sayı 19-a çatıb

Bakı. Fərid Zöhrabov - Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyyə edilmiş azərbaycanlı sürücülərin sayı 19-a çatıb.

Bu barədə Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Məlumata görə, səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşüb. Bu saatlarda isə Odessa limanı ərazisindəki 5, Çerkassı və Vinnitsa şəhərlərindən isə 2 sürücü Moldovaya doğru istiqamət alıb. Ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Bolqarıstana çatıb. Bir sürücü isə yükü ilə bağlı Rumıniya sərhəddindədir.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti