...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 27 Mart 2022 18:43 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 095 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 607 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 405 920, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 039 383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 226 356 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti