...

Qarabağ atları hərracda satıldı (FOTO)

Gündəm Materials 15 Aprel 2022 11:46 (UTC +04:00)
Qarabağ atları hərracda satıldı (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Qobustan. Trend:

İlk dəfə satışa çıxarılan "Sahil" adlı Qarabağ cinsli at 5500 manata satılıb.

Trend-in məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Heyvan Nümayiş Mərkəzində keçirilən hərracda Qarabağ cinsindən olan "Sahil" adlı ata ilk olaraq 5000 manat qiymət qoyulub.

Hərracda iştirak edən Tərtər rayon sakini Habil İbrahimov həmin ata 5500 manat verib. Hərrac başa çatıb və o ata sahib olub.

Hərraca çıxarılan ikinci Qarabağ cinsli at da satılıb. "Zilaxar" adlı ikinci Qarabağ atına ilkin olaraq 7 min manat qiymət müəyyənləşib.

Fərrux Süleymanov adlı iştirakçı ata 7 min 200 manat verəcəyini bildirib. Daha sonra hərracın digər iştirakçısı Orxan Qardaşxanov "Ziləxar" adlı atı 7500 manata alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti