Bakı. Trend:
Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır:
"Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların Azərbaycanda qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək".