...

Qəyyumluq komissiyaları bəzən uşaqların mənafeyini düzgün qiymətləndirmir - Dövlət Komitəsi

Gündəm Materials 31 May 2022 11:47 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İlk beş ayda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uşaq tələbi ilə bağlı 110, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların valideynlərin və ya digər qohumların himayəyə verilməsi ilə bağlı 11 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Komitənin sədr müavini Aynur Sofiyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəzziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb:

"Bzən isə uşağın zorla qarşı tərəflə görüşdürülməsi yaxud himayəyə verilməsi halları aşkarlanıb.

Müraciətlər zamanı biz yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edirik. Buna görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahə ilə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti