...

Şəhid ailələri və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin əsas istiqamətidir - Sahil Babayev

Gündəm Materials 20 İyun 2022 12:01 (UTC +04:00)
Şəhid ailələri və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin əsas istiqamətidir - Sahil Babayev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılıq etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qəbul edilən əksər qərarlar məhz şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. "Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri onların bir çoxlarının evlərini ziyarət edərək, maddi imkanlarını qiymətləndirdi və onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərildi. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazini xəstəxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndirdilər", - nazir deyib.

S.Babayev qeyd edib ki, bunun nəticəsində ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib:

"Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə yaxını özünüməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti