...

Bəzi küçələrdəki sıxlığa görə avtobuslar gecikir

Gündəm Materials 24 İyun 2022 09:09 (UTC +04:00)
Bəzi küçələrdəki sıxlığa görə avtobuslar gecikir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər pik saatlarında paytaxtın bəzi küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Trend xəbər verir ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

Həmçinin, Binəqədi şosesi-“Azadlıq” m/st istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti