...

TürkPA-nın növbəti iclası İstanbulda keçiriləcək

Gündəm Materials 24 İyun 2022 23:42 (UTC +04:00)
TürkPA-nın növbəti iclası İstanbulda keçiriləcək

Bakı. Trend:

Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) XI iclası başa çatıb.

Trend xəbər verir ki, iclas iştirakçıları sosial sahibkarlığın inkişafı haqqında nümunəvi qanun layihəsinə baxaraq təsdiq ediblər, komissiyaların sədrləri və sədr müavinlərini, baş katibin müavinini seçiblər.

Tərəflər TürkPA-nın 2023-cü il üçün büdcəsini nəzərdən keçiriblər baxıblar. TürkPA-nın XI plenar iclasının iştirakçıları Təşkilatın növbəti XII plenar iclasının 2023-cü ildə İstanbulda (Türkiyə) keçirilməsi barədə qərar qəbul ediblər.

Tədbirin yekunu olaraq Türk Dövlətlərinin Parlament Assambleyasının XI plenar iclasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

Eyni zamanda Türkdilli Ölkələrin Parlament Assambleyasının adının Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması haqqında sənədin imzalanması mərasimi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti