...

Bakının mərkəzi küçəsində baş verən partlayışın qaz sızması ilə əlaqəsi yoxdur - Ruslan Əliyev

Gündəm Materials 12 İyul 2022 01:37 (UTC +04:00)
Bakının mərkəzi küçəsində baş verən partlayışın qaz sızması ilə əlaqəsi yoxdur - Ruslan Əliyev

Bakı. Trend:

Bakının mərkəzi küçəsində baş verən partlayışın qaz sızması ilə əlaqəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə özünün "Facebook" səhifəsində "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yazıb.

"Hörmətli dostlar. Bakı şəhəri "Tarqovu" dakı baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur. Xüsusi qəza xidmətimiz tərəfindən hadisə yeri tam araşdırıldı, qaz sızması aşkarlanmayıb, səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır", - deyə R.Əliyev bildirib.

Xatırladaq ki, daha əvvəl Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti