...

Virtual sahədə təhlükəsizliyi necə qoruyaq?

Gündəm Materials 15 Sentyabr 2022 14:35 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Təxribat eyni anda internet üzərindən də davam edir. Trend-in məlumatına görə, informasiya müharibəsində kiber hücumlarla insanlar arasında təşviş yaratmağa cəhd olunur.

Kiber hücumlardan necə qorunmaq olar?

İlk öncə düzgün şifrə seçilməlidir. Seçdiyiniz şifrə 8 simvoldan az olmamalıdır. Şifrələrdə doğum tarixiniz, adınız, övladlarınızın adından, qwerty, 12345 kimi sadə simvollardan istifadə olunmamalıdır.

Mənalı söz olmamalıdır. Hər altı aydan bir şifrənizi yeniləməniz məsləhət görülür.

“VPN”istifadəsinin zərərləri

"VPN" istifadə edərkən bank hesabınıza daxil olsanız, istifadəçi adı və parol məlumatları oğurlana bilər.

Bənzər bir vəziyyət sosial media hesabları üçün də keçərlidir. “Twitter” və “Facebook” kimi saytlara “VPN” vasitəsilə daxil olmaq şəxsi məlumatlarınıza girişlə nəticələnə bilər.

Əgər “e-poçt” hesabına “VPN” istifadə edərkən daxil olunarsa, “e-poçt” parolu oğurlana bilər və bu məlumatla istifadəçi adından “e-poçt” göndərilə bilər.

“VPN” tətbiqləri istifadə edildikdə istifadəçinin internet sürəti də azala bilər.

Cəbhədə baş verən hadisələrlə bağlı məlumat yayarkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

Şəhid və yaralılarla bağlı heç bir dəqiq olmayan məlumat yayılmamalıdır;

Döyüşlər zamanı çəkilən foto və videoları sosial şəbəkələrdə yaymaq olmaz;

Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmaq olmaz;

Mütəmadi olaraq yaxınlarınızla telefon əlaqəsi qurub son məlumatları vermək olmaz;

Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmaq olmaz;

Azərbaycan hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını paylaşmaq olmaz;

Rəsmi olmayan heç bir məlumata inanmaq və paylaşmaq olmaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti