...

Azərbaycanda Ordusunun TTM-in Maliyyə xidmətinin rəisi həbs edilib

Gündəm Materials 28 Sentyabr 2022 11:43 (UTC +04:00)
Azərbaycanda Ordusunun TTM-in Maliyyə xidmətinin rəisi həbs edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

Trend-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 8 milyon manatdan çox vəsaiti mənimsəmədə təqsirləndirilir.

Rəşad Məlikzadə barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti