...

Şuşa qələbəsi yüksək döyüş taktikası və güclü vətənpərvərlik hissinin nəticəsi idi - Hərbi ekspert

Gündəm Materials 8 Noyabr 2022 10:33 (UTC +04:00)
Şuşa qələbəsi yüksək döyüş taktikası və güclü vətənpərvərlik hissinin nəticəsi idi - Hərbi ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa döyüşləri Azərbaycan Ordusunun 44 günlük müharibədə şah əsəri idi.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış əməliyyatdır.

"Şuşanın hərbi strateji əhəmiyyəti ilə birlikdə tarixi dəyəri də yüksəkdir. Şuşanın azad edilməsi Azərbaycanın Ermənistan üzərində tam qələbəsi və düşmənin kapitulyasiyaya getməsinə səbəb oldu. Bu əməliyyatı digər əməliyyatlardan fərqləndirən əsas cəhətlərdən biri də düşmənin bu istiqamətdə canlı qüvvəsinin və texnikasının çox olmasına baxmayaraq, ağır məğlubiyyətə uğramasıdır. Şuşa əməliyyatı çox peşəkarcasına hazırlanmışdı. Bütün qoşun növləri özünü tam doğrultdu. Xüsusilə də xüsusi təyinatlılarımızın qələbədə rolu çox böyükdür".

A.Bayramov qeyd edib ki, sərt relyefə malik Şuşanın işğaldan azad edilməsi üçün keçirilən hərbi əməliyyat bütün dünyada hərbi ekspertlərin diqqətini çəkdi.

"Şuşa uğrunda mübarizədə seçilən taktika dünya hərb tarixinə yazılası bir hadisədir. Hətta NATO generalları da etiraf edirlər ki, Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir. Bütün bunlar hərbçilərimizin peşəkarlığından, Şuşa əməliyyatına başçılıq edən hərbi rəhbərliyin yüksək döyüş taktikasından və güclü vətənpərvərlik hissindən xəbər verir", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti