...

Azərbaycanın gender bərabərliyinə diqqət ayırmasını yüksək qiymətləndiririk - Via Buşa

Gündəm Materials 22 Noyabr 2022 15:17 (UTC +04:00)
Azərbaycanın gender bərabərliyinə diqqət ayırmasını yüksək qiymətləndiririk - Via Buşa
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycanın gender bərabərliyi məsələlərinə diqqət ayırdığını görürük və bunu yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Via Buşa deyib.

O qeyd edib ki, keçirilən bu konfransda münaqişədən sonrakı mərhələdə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması dövründə qadınların rolu müzakirə olunacaq.

“Biz həm də qadınlara necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Həmçinin, digər mühim bir mövzu isə qadınların sülh danışıqlarında iştirakıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti