...

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad ediblər (VİDEO)

Gündəm Materials 12 Dekabr 2022 13:25 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad ediblər.

Bu barədə Trend-ə DTX-nin mətbuat xidmətindən məlumat veriblər.

Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti