Bakı. Trend:
Qafan və Zəngəzurda dağ-mədən zavodlarının tullantılarının atılması səbəbindən Oxçuçayda ekoloji fələkət vəziyyəti yaranıb.
Trend-in məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, vaxtilə tədbirlər görüldü, vəziyyət stabilləşdirildi. Lakin noyabarın 30-dan etibarən çayda suda zərərli maddələrin dəfələrlə çox olması müəyyn edilib: "Bununla bağlı həm qarşı tərəfə, həm də beynəlxalq təşkilatlara müraciət etsək də, heç bir tədbir görülmədi".