...

Sülhməramlılara aid təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib (FOTO/VİDEO)

Gündəm Materials 29 Dekabr 2022 12:42 (UTC +04:00)
Sülhməramlılara aid təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib (FOTO/VİDEO)

Şuşa. Trend:

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, ötən gün Xankəndidən Laçın istiqamətinə gedən nəqliyyat vasitələrinin yenidən Xankəndiyə qayıtması üçün şərait yaradılıb. Həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib. Xankəndindən Laçına 4, Laçından Xankəndinə 1 təminat avtomoli maneəsiz keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti