Bakı. Trend:
Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.
Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından deyiblər.
Bildirilib ki, 4 nəfərin ölümü nəticələnən qəza ilə bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.