...

BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 15 Yanvar 2023 09:29 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil geri qayıdıb.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə onların əks tərəfə keçidi üçün növbəti dəfə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 32 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti