...

Sülhməramlıların daha iki avtomobili Laçın yolundan keçib (FOTO/VİDEO)

Gündəm Materials 16 Yanvar 2023 12:43 (UTC +04:00)
Sülhməramlıların daha iki avtomobili Laçın yolundan keçib (FOTO/VİDEO)

Şuşa. Trend:

Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobil Laçın yolundan maneəsiz keçib.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları yoldan çəkilərək Xankəndidən Laçına bir, əks istiqamətə isə daha bir avtomobilin keçidinə şərait yaradıblar. Bununla da bu gün Xankəndidən Laçına keçən avtomobillərin sayı 18-ə çatıb.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 36 gündür ki, davam edir.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti