...

Rusiya sülhməramlılarına məxsus daha 17 avtomobil Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 19 Yanvar 2023 17:04 (UTC +04:00)
Rusiya sülhməramlılarına məxsus daha 17 avtomobil Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan daha 17 maşın maneəsiz keçid edib.

Maşın karvanı Xankəndi istiqamətində hərəkət edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti