...

Səhiyyə naziri əhaliyə çağırış etdi

Gündəm Materials 20 Yanvar 2023 09:24 (UTC +04:00)
Səhiyyə naziri əhaliyə çağırış etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə naziri Azərbaycanda yaşlı əhalinin vaksinasiya olunmağa çağırıb.

Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, qrip əleyhinə vaksinlər səhiyyə müəssisələrinə paylanıb:

"Səhiyyə Nazirliyi vasitəsilə ölkəyə mövsümi qrip əleyhinə vaksin gətirilib, ilkin səhiyyə xidməti göstərən bütün müəssisələrə, TƏBİB tabeçiliyindəki Ailə Sağlamlıq mərkəzlərinə, şəhər və rayon poliklinikalarına paylanılıb, saxlanılma qaydalarına ciddi nəzarət olunur. Fürsətdən istifadə edərək bütün yaşlı əhalini və ciddi xəstəliyi olan şəxsləri vaksinasiya olunmağa çağırıram".

Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.

Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti