...

Rusiya sülhməramlılarına aid iki yük avtomobili Laçın yolundan keçib

Gündəm Materials 25 Yanvar 2023 18:19 (UTC +04:00)
Rusiya sülhməramlılarına aid iki yük avtomobili Laçın yolundan keçib

Trend-i buradan izləyin

Şuşa. Trend:

Bu gün Rusiya sülhməramlılarına məxsus iki yük avtomobili Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Avtomobil Xankəndidən Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 45 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti