...

Törədilən terror aktını qətiyyətlə pisləyirik - Rauf Əliyev

Gündəm Materials 27 Yanvar 2023 19:11 (UTC +04:00)
Törədilən terror aktını qətiyyətlə pisləyirik - Rauf Əliyev

Bakı. Trend:

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum bütün Azərbaycan ictimaiyyətinin narahatlığına və böyük hiddətinə səbəb olub. Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı olan, sülh və sabitlik tərəfdarı kimi tanınan Azərbaycan Respublikası terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir.

Azərbaycan 1992-ci ildə Diplomatik Əlaqələr Haqqında Konvensiyaya qoşulub: “Konvensiyanın maddələrinə əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır. Eyni zamanda, sənədə əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Beynəlxalq konvensiyaya uyğun olaraq qəti şəkildə bildiridik ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. Lakin yayılan informasiyalardan da göründüyü kimi, İran məsuliyyətdən boyun qaçırmağa çalışır. Belə ki, baş verən terroru ailə-məişət zəminində insident kimi təqdim etməyə səy göstərir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. İran tərəfi hansı diqqətyayındırıcı şərlərə üstünlük verməyə, özünə haqq qazandırmaq üçün çalışsa da, reallıq budur ki, Azərbaycan səfirliyinə hücum terror aktıdır.

Dövlətimizi və xalqımızı hədəfə almış bu vandalizm aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, insanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil. Terror aktını qətiyyətlə pisləyir və İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını, nəhayət, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı uzun müddətdir ki, davam edən isterika və təbliğata son qoyulmasını, hadisənin əsl mahiyyəti ilə bağlı dəqiq və düzgün məlumat verilməsini tələb edirik.

İranın erməni sevgisi regionda dayanıqlı sülhə, təhlükəsizliyə, sabitliyə xidmət edən bütün addımların əleyhinə çıxış etməsi ilə müşayiət olunur. Belə ki, Azərbaycanın əleyhinə iş aparır, təxribat xarakterli addımlar atır, riyakar davranış və düşmənçilik hərəkətləri nümayiş etdirir. İran rejimi istər 30 illik işğal, istər Vətən müharibəsinin getdiyi, istərsə müharibədən sonrakı dövrürdə Ermənistana hər cür dəstək göstərib və bu gün də davam edir. Tehrandakı səfirliyimizə olan dövlət terroru da İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin bir daha təsdiqidir. Azərbaycanın tarixi Zəfərini həzm etməyən rəsmi Tehran bunu atdığı addımları ilə açıq-aydın şəkildə büruzə verir. Dünyanın aparıcı güc mərkəzlərinin qəbul etdiyi bu reallığı İran da qəbul etməli, münasibətlərdə gərginlik yaradacaq belə təhlükələrdən, terror əməllərindən əl çəkməlidr.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti