...

Keçmiş MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Gündəm Materials 1 Fevral 2023 18:19 (UTC +04:00)
Keçmiş MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.

Trend xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Keçmiş MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nadir Tahirov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan mərhum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti