Bakı. Trend:
İskendurun limanından yaralılar Mersindəki xəstəxanalara aparılacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib.
“TCG İskenderun gəmisi bu gecə İskenderun limanına yanaşaraq yaralıları Mersindəki xəstəxanalara çatdıracaq”,- deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.