...

Türkiyədə zəlzələdə itkin düşən 4 tələbəmizin axtarışları davam edir - Səfirlik

Gündəm Materials 8 Fevral 2023 16:52 (UTC +04:00)
Türkiyədə zəlzələdə itkin düşən 4 tələbəmizin axtarışları davam edir - Səfirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin zəlzələ bölgəsi olan Malatya şəhərində dağıntılar altında qaldığı deyilən 4 azərbaycanlı tələbə ilə bağlı hələ də məlumat yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd edilib ki, axtarışlar davam edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti