...

Növbəti erməni yalanı: İndi də Bakıda zəlzələ baş verəcəyi ilə bağlı saxta xəbərlər yayırlar

Gündəm Materials 9 Fevral 2023 17:51 (UTC +04:00)
Növbəti erməni yalanı: İndi də Bakıda zəlzələ baş verəcəyi ilə bağlı saxta xəbərlər yayırlar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mənfur düşmənimiz olan ermənilər yenidən təxribata əl atır. Onlar bir neçə gündür ki, sosial şəbəkələrdə Bakıda güclü zəlzələnin olacağı ilə bağlı saxta məlumatlar yaymaqla məşğuldurlar.

Təbii ki, ermənilər bununla Azərbaycan əhalisi arasaında təşviş yaratmaq istəyirlər. Əslində, ermənilərin belə yalan xəbərlərinin çox şahidi olmuşuq. 2020-ci il İkinci Qarabağ müharibəsində də döyüş meydanındakı məğlubiyyətlərini və məhv olmuş döyüş əzmlərini "fake" xəbərlərlə ört-dasdır etməyə çalışırdılar. Onlar indi də öz mənfur və saxtakar niyyətlərindən əl çəkmirlər.

Əlbəttə, bu xəbərlər aidiyyəti dövlət orqanlarımız tərəfindən araşdırılır. Bu xəbərlərin "fake news" olduğu aydınlaşdırılır. Məkrli düşmən unudur ki, indi müasir texnologiyalar əsridir. Yaydıqları xəbərləri araşdırmaq, yalan olduğunu sübut etmək çox asandır. Artıq hamı başa düşür ki, Ermənistanın yalan xəbər siyasəti iflasa uğrayıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bildirib ki, Türkiyədə baş verən zəlzələnin episentri ilə ölkəmiz arasında məsafə təxminən 700-800 km-dir. Ona görə də Türkiyədəki zəlzələdən gələn seysmik dalğalar Azərbaycandakı zəlzələlərin ocaqlarını oyada bilmir. Qurban Yetirmişli onu da qeyd edib ki, Azərbaycanda fəlakətli zəlzələ gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti