...

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Puta qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Gündəm Materials 10 Fevral 2023 16:49 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Puta qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

10 fevral 2023-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Tədbirdən öncə 5 fevral gecə saatlarında Türkiyənin bir sıra şəhərlərində baş vermiş zəlzələ nəticəsində həlak olmuş insanların ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Qəbulda Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakinləri iştirak etmişdir.

Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti