...

RSK-ya məxsus daha 7 maşın Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 12 Fevral 2023 15:02 (UTC +04:00)
RSK-ya məxsus daha 7 maşın Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn RSK-ya məxsus iki minik, beş yük maşını aksiya keçirilən ərazidən Xankəndinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin sərbəst keçidinə şərait yaradıb.

Səhər saatlarından infiyədək, RSK-ya məxsus ümumilikdə 54 avtomobilin maneəsiz keçidinə şərat yaradılıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti