...

Qobustanda vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Gündəm Materials 28 Fevral 2023 14:48 (UTC +04:00)
Qobustanda vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Bakı. Trend:

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Qobustan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, "Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti