...

İqlim dəyişikliyi miqrasiya statistikasına təsirini göstərir - Vüsal Hüseynov

Gündəm Materials 10 Mart 2023 12:06 (UTC +04:00)
İqlim dəyişikliyi miqrasiya statistikasına təsirini göstərir - Vüsal Hüseynov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi miqrasiya rəqəmlərinə öz təsirini göstərir.

Trend-in məlumatına görə, bu barədə bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov X Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi" panel iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, miqrasiya qlobal məsələdir. COVID-19 dövründə sərt qaydalar tətbiq olunsa da yenə də miqrasiya müşahidə edilirdi.

"İqlim dəyişikliyi də miqrasiya rəqəmlərinə (onların sayı 89 milyondan çoxdur) öz təsirini göstərir".

Eyni zamanda V.Hüseynov miqrasiyanın inkişaf üçün əhəmiyyətinə də toxunub

"Hazırda biz miqrasiyanı inkişaf üçün amil kimi də görürük. Miqrasiyanın göndərən və qəbul edən ölkə üçün müsbət təsiri ola bilər. Miqrasiya ehtiyacdır. Biz əməkdaşlıq sahəsində miqrasiyanın faydalarından istifadə edə bilərik”,- deyə V.Hüseynov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti