...

Metronun B-4 stansiyasında tikintinin növbəti mərhələsi başlanıb

Gündəm Materials 10 Aprel 2023 14:01 (UTC +04:00)
Metronun B-4 stansiyasında tikintinin növbəti mərhələsi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteninin Bonövşəyi xəttinin hazırda inşası davam edan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, şərti olaraq "B-04" adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə Klinik Tibbi Mərkəz arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

B. Məmmədov bildirib ki, ümumi uzunluğu 170 metr olan stansiya kompleksinin ilk üç səviyyəsində üzlük işlərinin aparılması üçün normativlərə uyğun tədbirlər görülür.

"Stansiyada bir səviyyədən digərinə keçmək üçün pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Eskalatorlar va liftlər dünyanın bu sahədə aparıcı "Thyssen Krupp" şirkətinin (Almaniya) məhsulları olacaq. Bakı metropoliteninə indiyə qədər gətirilmiş 2 eskalator istisna olmaqla, digərlərinin, eləcə də liftlərin istehsalı prosesi bu ilin sonuncu rübünə kimi sifarişçiyə təhvil veriləcək. Həmin vaxta qədər ventilyatorların tədarükü də yekunlaşdırılacaq. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, "B-04". Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq",-B. Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti