...

Minlərlə “Android” istifadəçisi yeni casus proqramının qurbanı olub

Gündəm Materials 7 Sentyabr 2023 16:05 (UTC +04:00)
Minlərlə “Android” istifadəçisi yeni casus proqramının qurbanı olub
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kibertəhlükəsizlik firması ESET Çinlə əlaqəli APT qrupu GREF tərəfindən davam edən bir sıra zərərli fəaliyyətləri aşkar edib.

Trend-in məlumatına görə, kiberdələduzlar “Signal” və “Telegram” proqramlarından istifadə edərək "Android" istifadəçilərini hədəfə alırlar. Məlum olub ki, minlərlə insan bu üsulla aldadılıb.

ESET 2020-ci ilin iyulundan və 2022-ci ilin iyulundan etibarən “BadBazaar” casus proqramlarını yayan iki aktiv kampaniya aşkarlayıb. Məlum olub ki, “Google Play Store”, “Samsung Galaxy Store” saytları və saxta söhbət proqramlarından istifadə edən kiberdələduzlar “FlyGram” və “Signal Plus Messenger” adlı saxta proqramlardan istifadə edirlər.

Qeyd edək ki, “BadBazaar” adlı casus proqramı öz şəbəkəsinə icazə verdiyi insanların cihaz məlumatlarını, kontaktlarını və zəng qeydlərini saxlaya bilir. Bir çox fərqli ölkədə bir çox fərqli insanı tələyə salan proqram artıq mağazalardan silinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti